Səfərin ilk günü nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad edib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Somali tərəfi Memorandumun icrası çərçivəsində qısa müddətdə ölkələrində “ASAN xidmət” mərkəzi əsasında vahid məkandan xidmət göstərəcək mərkəzin təsis olunmasını səbirsizliklə gözlədiklərini bildirib və bu istiqamətdə Azərbaycan tərəfinin davamlı dəstəyini xahiş edib.
Qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzlərinin, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar.
Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


